18 Avqust 2016 13:15
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları tərəfindən bütün tədbirlər görüləcək”.

Bunu Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O.Zalov bildirib ki, referendum ərəfəsində icazəsiz yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə icazə verilməyəcək: “Ümumiyyətlə, bu işə xələl gətirmək istəyənlərə heç bir imkan verilməyəcək”.

Nazir müavini qeyd edib ki, qeydə alınmış təşviqat qrupları isə öz təşviqatlarını aparacaqlar: “Referendum günü seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. Əgər bu kimi hallar baş verərsə, polis əməkdaşları DSK-nın çağırışından 10-15 dəqiqə sonra orada olacaq”.

O.Zalov əlavə edib ki, təşviqat qruplarının qeydə alınması üçün imzaların toplanması zamanı hüquq-mühafizə orqanları qarşıya çıxan problemləri yerindəcə aradan qaldırır: “Bəzi problemlər meydana çıxır. Biz bu məsələləri aradan qaldırırıq. Bu gün isə ciddi heç bir problem yoxdur”. (“Trend”)


Müəllif:

Oxşar xəbərlər