31 Avqust 2016 12:16
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.

Teleqraf.com xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Ağstafa, Tovuz və Qazax rayonlarından olan sakinləri qəbul edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Qazax şəhərindəki abidəsi önünə gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad olunub.

Qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər. Komitə sədri onların hər birini diqqətlə dinləyib.

İyirmidən çox vətəndaşı qəbul edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir sıra müraciətləri yerindəcə həll edib, bəzilərinin isə

araşdırılması üçün göstərişlər verib. Komitənin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.


Müəllif:

Oxşar xəbərlər