12 Sentyabr 2016 10:46
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban bayramı münasibətilə Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınır.

"Report" xəbər verir ki, saat 9:00-da Təzəpir məscidində qılınan bayram namazına yüzlərlə paytaxt sakini qatılıb.

Birlikdə namaz qılınıb, dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənib.

Qeyd edək ki, bütün dünyada müsəlmanlar Qurban bayramını qeyd edir.

Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar iki gün - sentyabrın 12-si və 13-ü qeyri-iş günüdür.

Bu günlərin hər birində qurbаn kəsmək olar. Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə qeyd olunub ki, İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri olan “Eydül-Əzha” - Qurban bayramı İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır olub. Lakin Allah bunu öz elçisinə rəva bilməyib və qurbanlıq üçün ona bir qoç göndərib. Buna görə də bu bayramda kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər.


Müəllif:

Oxşar xəbərlər