3 Oktyabr 2016 16:31
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Report”un xəbər yayıb.

Alov püskürməsi nəticəsində orada çalışan 4 nəfər yanıq xəsarətləri alıb.

Həmin şəxslər 1961-ci il təvəllüdlü İmran Qasımov, 1964-cü il təvəllüdlü Şahin Əliyev, 1973-cü il təvəllüdlü Kamil Məmmədov və 1987-ci il təvəllüdlü Rəşad Veyisovdur.

Xəsarət alanlar 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

5 saylı Şəhər Klinik Xəstəxanasından Teleqraf.com-a bildirilib ki, xəsarət alanlar 5 gün öncə xəstəxanaya gətiriliblər.

Onlar 4 nəfər olub, 1-i ambulator müayinədən sonra evə buraxılıb. 3 nəfər reanimasiyadadır. Onların vəziyyəti ağır-stabil olaraq qalır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər