Ermənistanın Müdafiə Nazirliyi itkilərinin sayını azaltmağa çalışsa da, yayılan fotolar bunun əksini sübut edir.
Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, AOP-17 tipli qumbaraatanla məhv edilən düşmənin hərbi maşınının fotoları canlı itkilərin olduğunu təsdiqləyir.
Qeyd olunur ki, silahlıları daşıyan avtomobil vurulduqdan sonra əraziyə tibbi vertalyot gəlib və yaralılar Cəbrayıl hərbi hospitalına aparılıb.
Hətta İrəvandan Cəbrayıla hərbi həkim briqadası gəlib.