Bu gün Aşura günüdür.
Teleqraf.com məşhurlar arasında bu günün mahiyyəti ilə bağlı sorğu aparıb.
Səslənən fikirləri təqdim edirik:
Flora Kərimova: “Dinə, Məhəmməd peyğəmbərimizə istəkdə əndazəni keçən zaman mənfi münasibət yaranır. Ötən gün televiziyada özlərini zəncirlə döyən, qılıncla başlarına vurub, üzü-gözü qana bulaşanların yerinə utandım. İlahiyyatçı Elşad Miri dinimizi çox gözəl, savadlı izah edir. İnsanları ayıltmaq lazımdır. Mən o kadrları izləyəndə dünyadan, müasir cəmiyyətdən utandım. Dini siyasətə qurban vermək olmaz. Allah mənim millətimi, əqidəmi qorusun. Çox qorxuram və çox məyusam. Mənim ata nəslim Şıxbaba, ana nəslim isə seyid nəslindəndir, ancaq belə biabırçılıq görməmişəm. Bəzi insanlar savadsızlıq və cahillikləri ilə öyünürlər. Axı kimə özlərini göstərirlər. Ölkələr öz alimləri, nailiyyətləri ilə qürurlanırlar, bizimkilər isə “Hər gün Aşura, hər yer Kərbəla” şüarını təbliğ edir.
Adam kiminsə fətvasına gedib, yalançı təbliğata uyub, vətəninə, torpağına, millətinə bu dərəcədə düşmən olar? Ölkəmiz din azadlığı deyir, demir ki, dərəbəylik azadlığı. Uğurlarımızı bir şüara qurban verib, Azərbaycanı xaosa qərq etmək olmaz. Məhəmməd peyğəmbərin neçə əsr bundan əvvəl yaşamış nəvəsinin birini göylərə qaldırıb, digərinin adını çəkmirlər. Nədir ki, birinin arvadı şah qızı olub. Belə ki, əsl din alimi Elşad müəllim dinimizi çox gözəl izah edir. Mən istəmirəm ki, mənim millətimi cahilə çevirsinlər”.
Oksana Rəsulova: “Hər insanın dinə münasibəti fərqlidir və Allaha sevgisini öz bildiyi şəkildə göstərir. Ötən gün anam, qardaşım oruc tutdular. Mən bəzi şeylərə görə oruc tuta bilmədim. Bu gün rəqs məktəbim işləmir. Şənlik etmək olmaz”.
Kamilə Babayeva: “Dinə hörmətlə yanaşmaq bizim borcumuzdur. Namaz qılırıq, oruc tuturuq. Amma bunları etmədiyimiz təqdirdə belə dinimizə hörmətlə yanaşmalıyıq. Bu gün evdə halva çalınır. Təəssüflər olsun ki, qan vermək aksiyasına qoşula bilmədim. Çünki səhhətimdə xırda problemlər var idi. Amma qan verməyi çox gözəl və nümunəvi adım kimi qarşılayıram. Sivil addım kimi bu olmalıdır”.
Murad Arif: “İslamda yas saxlamaq düzgün deyil. Allaha üsyan etmək deməkdir. Aşura haqqında heç nə deyə bilməyəcəm. Təbii ki, bu günlər toy-bayram təyin etmirik. Bizim ailədə valideynlərim məscidə gedir, amma mən getmirəm. Ümumiyyətlə, mən dinə yaxın getmirəm. Dini ayinlərə riayət etmirəm. Aşura haqqında heç bir şey deməyəcəm”.
Nüşabə Ələsgərli: “Məscidə aşura günü deyil, adi günlərdə gedirəm. Amma halva çalırıq. Yaxşı ki, zəncirlə döymək keçmişdə qaldı. İnsan öz bədəninə əziyyət verməməlidir. Qanvermə aksiyasını dəstəkləyirəm. Sevgi də, hörmət də, ürəkdə olmalıdır. Zəncirlə döyməkdənsə, xeyirxah işlər görsələr, daha yaxşı olar”.
Aylin