18 Oktyabr 2016 10:55
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonundakı Pirsaat su anbarında suyun səviyyəsi qalxıb.

Teleqraf.com-un məlumatına görə, son günlər aramsız yağan yağışlar nəticəsində Pirsaat və ona qovuşan digər dağ çaylarının sululuğu artıb. Bu səbəbdən rayonun Pirsaat kəndi ərazisində eyniadlı çayın üzərində yerləşən su anbarında suyun səviyyəsi kəskin qalxıb, anbarın ətraf əraziləri və kəndə gedən yolun üzərindəki körpü su altında qalıb.

Hacıqabul Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar əraziyə texnika və canlı qüvvə göndərilib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər