Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və "Toğrul" şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda Kempo Full və Kempo Submission (Grappling Gi) üzrə Avrasiya çempionatı keçirilib.
Teleqraf.com xəbər verir ki, Avrasiya Çempionatı Şağan Olimpiya İdman Kompleksində baş tutub.
Çempionat Avropa və Asiya dövlətlərindən 12 komandadan 300-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparıb.
Çempionatda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ülvi Sadıqov 85 kq çəki dərəcəsində 18 yaşdan yuxarı idmançılar arasında iştirak edərək 1-ci yerə layiq görülüb.
İlhamə ƏBÜLFƏT