1 Noyabr 2016 23:12
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq uzun illərdir ki, Ermənistanda “Qarabağ klanı” bu münaqişə üzərində siyasi hakimiyyəti zəbt edib və bu ölkəni çapıb talayırlar. Ermənistan bütün sahələrdə fəlakətin, uçurumun astanasındadır. “Qarabağ klanı” nə qədər ki, hakimiyyətdədir, onlar münaqişənin sülh yolu ilə həllinə mane olacaqlar. O cümlədən də, icmaların görüşünə, insanların yaxınlaşmasına razılıq verməzlər”.

Bunu Milli Məclisin deputatı Elman Məmmədov Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin olmamasının səbəbi haqda danışarkən deyib.

Deputat hesab edir ki, İrəvanda hakimiyyəti zəbt edən “Qarabağ klanı” cinayətkar rejimdir: “Cinayətkar rejim qorxur ki, bu görüşlər Ermənistanda siyasi vəziyyəti daha da gərginləşdirəcək. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ölkəmizə son səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşdü. O səmimi olaraq etiraf etdi ki, Azərbaycan tərəfinin mövqeyindən çox razıdır. Çünki Azərbaycan xalqında erməni xalqına qarşı düşmənçilik hissləri yoxdur. Amma o, Ermənistanda vəziyyətin əksinə olduğunu dedi. Bildirdi ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə Ermənistan hakimiyyətini razı sala bilmir. Erməni tərəfi bu görüşlərin keçirilməsindən qaçır”.

Deputat deyib ki, şəxsən onun özü separatçı rejimin rəhbərliy ilə görüşlərin keçirilməsinin tərəfdarı deyil: “Görüşlər o zaman məqbul olar ki, torpaqlarımızı işğaldan azad edəcəyik. Belə görüşlərin keçirilməsini də onlar bizdən xahiş etsinlər. Amma Dağlıq Qarabağda yaşayan sadə insanlarla, ictimaiyyət nümayəndələri ilə görüşlərin keçirilməsi yaxşı olardı”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər