10 Noyabr 2016 11:11
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəzər dənizində "Dərinsulu Günəşli" platformasındakı qazma podratçısının itkin düşən işçisindən hələlik məlumat yoxdur”

Bunu Teleqraf.com-a “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

Onun sözlərinə görə, Xəzər dənizində itkin düşən neftçinin axtarışı davam etdirilir: “Axtarış işlərinə 2 helikopter, 3 gəmi cəlb olunub. Hazırda yeni bir xəbər yoxdur. Biz də məlumat gözləyirik”.

Noyabrın 8-də Xəzər dənizində "Dərinsulu Günəşli" (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb.

İlhamə ƏBÜLFƏT


Müəllif: