14 Noyabr 2016 17:09
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəliliabad rayonunun Günəşli kəndinə ilbizlər daraşıb. Bu il ölkə ərazisində müşahidə edilən intensiv yağışlar ziyanvericilərin sayının artmasına şərait yaradıb.

Kənd sakinləri "Report"a bildiriblər ki, ilbizlərə bağlarında və təsərrüfat apardıqları ərazilərdə hər il rast gəlsələr də, bu il onların sayının hədsiz çox olduğunu müşahidə edirlər. Həşəratlar kənddə təzə əkilmiş bağ bitkilərinin yarpaqlarını və yetişmiş məhsulu tamamilə məhv edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən (DFNX) bildirilib ki, yağıntının miqdarı bu il çox düşdüyü üçün ilbiz kimi ziyanvericilərin sayı da artıb, onlar xüsusi olaraq gecələr fəallaşır. DFNX bu ziyanvericilərdən qurturlmaq üçün təsərrüfat sahiblərinə iki mübarəzi üsulunun təsirli olduğunu tövsiyə edib: "İlkin olaraq mexaniki üsulla onlara qarşı mübarizə aparmaq olar. Əgər ziyanvericilər sahəyə daxil olmayıbsa, kənardadırsa, təsərrüfatın kənarında xəndəklər qazmaq lazımdır. Bu zaman ziyanvericilər oraya düşüb, məhv olacaqlar.

İlbizlər artıq sahəyə nüfuz ediblərsə, onlara qarşı kimyəvi mübarizə üsulu tətbiq etmək lazımdır. Məsələn, ziyanvericilərin üzərinə duz çiləməklə onları məhv etmək mümkündür. Zəruri kimyəvi preparatlar və gübrələr də təsirlidir".


Müəllif: