14 Noyabr 2016 17:33
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-ci ilin oktyabr ayında Azərbaycanda 27 qida zəhərlənməsi baş verib.

Bunu Teleqraf.com-a Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

İmran Abdullayevin sözlərinə görə, 27 qida zəhərlənməsindən 44 nəfər zərər çəkib: “Oktyabr ayının nəticələrinə görə, 1 botulizm hadisəsi qeydə alınıb. Saatlı rayonunda bir ailədə qeydə alınan botulizm ev şəraitində hazırlanan pomidor turşusundan baş verib.

Hadisə zamanı 3 nəfər zəhərlənib. Ötən ay zəhərlənmə zamanı heç bir ölüm faktı qeydə alınmayıb”.

İmran Abdullayev bildirib ki, 2016-ci ilin 10 ayı ərzində Azərbaycanda 547 qida zəhərlənməsi qeydə alınıb ki, 817 nəfər zərər çəkib. 10 ayda 30 botulizm hadisəsindən 37 zəhərlənmə baş verib və bir nəfər ölüb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər