Bu gün səhər saatlarında vəfat edən şair Fikrət Sadıqın dəfn mərasiminə hazırlıq görülür.
Teleqraf.com-un məlumatına görə, artıq şairin doğmaları, qohumları mərhum şairin evinə toplaşıblar.
Fikrət Sadığın oğlu Günəl Fikrətoğlu bildirib ki, atası illər öncə vəfat etmiş oğlunun yanında dəfn olunmağı vəsiyyət edib. O, atasının ağ ciyər çatışmazlığından əziyyət çəkdiyini deyib: “Bir neçə dəfə kritik tutmaları olmuşdu, həkimlərin müdaxiləsi ilə vəziyyəti normallaşmışdı. Ancaq sonuncu dəfə onu xilas etmək mümkün olmadı”.
Nərgiz
Foto: Elçin Murad