3 İyul 2014 14:57
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumi orta təhsil bazasında kolleclərin qəbul imtahanına sənəd verənlər orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək hüquqlarını itirəcəklər.

Teleqraf.com TQDK- dan verilən məlumat əsasında bildirir ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizə təqdim etmiş bəzi abituriyentlər eyni zamanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə təqdim ediblər.

İyunun 29-da ümumi orta təhsil bazasında kolleclərə keçirilən qəbul imtahanında müsabiqə şərtini ödəyən və ixtisas seçiminə buraxılan həmin abituriyentlər bu təhsil pilləsinə qəbul olduqları təqdirdə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək hüquqlarını itirəcəklər.

ANS PRESS

Müəllif: