18 Noyabr 2016 15:15
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə inşa edilən sosial evləri almaq üçün müraciətlərin qəbuluna yaxın 3-4 ay ərzində başlanacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbəri Samir Nuriyev AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, prezident İlham Əliyevin fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaradılacaq "Güzəştli mənzil" - 201 sistemi alınması üçün elektron müraciətlər başlanacaq: "Sistem may ayının 1-dən etibarən işə düşəcək. Vətəndaşlar mənzillərin alınması üçün elektron müraciətlərə mayın 1-dən başlayacaqlar".

Samir Nuriyev bildirib ki, o vaxta qədər əhali sosial evləri almaq üçün elektron olmasa da, kağız formasında ASAN Xidmət vasitəsilə müraiət edə biləcəklər: "Ona qədər ASAN xidmət vasitəsilə, kağız formatda müraciət qəbul ediləcək. Bu proses 3-4 aya başlanacaq. Kim hesab edirsə ki, bu kateqoriyaya daxildir, o müraciət edə bilər.

Üstünlük ilk növbədə müraciət edənlərə veriləcək".


Direktor bildirib ki, sənədlərə baxılması 5 gün çəkəcək. Mənzillərin azı 30% tikintisi başa çatdıqdan sonra isə onların satışı barədə elan veriləcək.

Vətəndaşlar elektron üsulla binaların layihələrinə, buradakı ayrı-ayrı mənzillərin layihələrinə və ölçülərinə baxaraq sifariş edə bilərlər: "Sifariş edilən mənzillər bloklanacaq və onu başqa şəxsə satmaq mümkün olmayacaq".


Direktor sosial mənzillərin satışı və kirayə verilməsi ilə bağlı 3 illk qadağaya da aydınlıq gətirib.

Onun sözlərinə görə, insanlar həmin mənzilləri ucuz qiymətə aldıqdan sonra bazara çıxarsalar bu əmlak bazarına mənfi təsir edə bilər. Buna görə də məhdudiyyətlər var. Yəni 3 il ərzində mənzilləri nə sata, nə də kirayəyə verə bilər.

Mənzillər elə birinci gündən tam mülkiyyətə veriləcək.

Samir Nuriyevin sözlərinə görə, sosial mənzillərdə aylıq ödəniş elə müəyyən olunacaq ki, bu məbləğ oxşar evlərin aylıq kirayə haqından artıq olmasın. Təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur:

Uzunmüddətli ödəniş istemi baxımından biz çalışacağıq ki, həmin ödənişlər orta kirayə haqqından artıq olmasın. Yəni faktiki olaraq bir otaqlı mənzillər üçün aylıq ödəniş 130-140 manatdan başlasın, 3 otaqlılar üçün isə 330-350 manatdan yuxarı olmasın:

"Qiymətlər elə olmalıdır ki, insanlar bu gün icarəyə ödədikləri vəsait qədər ödəniş etməklə bir qədər sonra həmin evin mülkiyyətçilərinə çevrilsinlər".


Müəllif:

Oxşar xəbərlər