1 Yanvar 2017 10:55
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev İstanbulda törədilən terror aktı ildə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı bildirib ki, İstanbulda gecə klubunda bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum törədilməsi, çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıdıb.

Prezident İlham Əliyev vurğulayıb ki, biz dinc insanlara qarşı bu xain əməlindən hədsiz dərəcədə hiddətlənir, terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizəni dəstəkləyirik: “Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.


Müəllif:

Oxşar xəbərlər