9 Yanvar 2017 14:33
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesə Akif Çovdarovun vəkilləri - Kamandar Nəsibov, Şahin Rəfiyev və Sadiq Rəsulov yenə də qatılmayıb.

Kamandar Nəsibovun xaricdə olduğu, Sadiq Rəsulova isə zəng çatmadığı bildirilir. Şahin Rəfiyevin övladı xəstə olduğu üçün məhkəməyə gələ bilməyib.

Bu səbəbdən proses yanvarın 11-ə təxirə salınıb.

***

Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesə Akif Çovdarovun vəkilləri - Kamandar Nəsibov, Şahin Rəfiyev və Sadiq Rəsulov qatılmayıb.

Bu səbəbdən hakim prosesin keçirilməsini qeyri-mümkün hesab edib. Proses günün ikinci yarısında davam edəcək.

Bugünki məhkəmə iclasında Tağı Əhmədovun ifadə verəcəyi gözlənilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər