16 Yanvar 2017 15:57
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin bağlanması haqda məlumata ali təhsil müəssisinin özündən ilk reaksiya gəlib.

Universitetin mətbuat xidmətinin rəhbəri Asif Quliyev Teleqraf.com-a məlumatın yalan olduğunu deyib: "Bu xəbər yalandır. Sizdən əvvəl də bir jurnalist zəng etmişdi. Bu barədə bizdə heç bir məlumat yoxdur".

Məsələ ilə bağlı CNNBaku-ya açıqlama verən universitetinin professoru Səlim Səlimbəyli bildirib ki, bu söhbətlər əsassızdır: “10 ildir eyni xəbərlər yayılır. Biz lisenziyanı 1 ay öncə 5 illik müddətə almışıq. Hər şey qaydasındadır”.

Qeyd edək ki, Təhsil Nazirliyi bu gün “Təfəkkür” Universitetinin fəaliyyətini dayandırması barədə məlumat yayıb. Bildirilir ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti ötən il oktyabrın 11-də Təhsil Nazirliyinə müraciət edib. Müraciətdə deyilir ki, Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması haqda qərar verib.

Nərgiz Cavadzadə


Müəllif:

Oxşar xəbərlər