17 Yanvar 2017 11:19
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ildə ölkədə 2234 nəfər zəhərlənib.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ötən il toksikoloji zəhərlənmə halları azalıb. 2015-ci ildə şöbəyə 2462 müraciət daxil olubsa, ötən il bu rəqəm 2234 olub.

Müraciətlərin 32,8 faiz lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənlərin (T36-T50), 21 faiz dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1 faiz yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşür.

Qeyd edək ki, il ərzində Səhiyyə Nazirliyi tərəfindən əhalinin toksikoloji zəhərlənmələrə maarifləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər