"Xəzərin statusu ilə bağlı İşçi Qrupun iclası yanvarın sonunda keçiriləcək".
Teleqraf.com xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
Onum sözlərinə görə, bütün ölkələr iclasda iştirakını təsdiq ediblər: "Bu görüş nazirlərin görüşünə hazırlıq xarakteri daşıyacaq. Eyni zamanda, razılaşdırılmamış məsələlər, açıq qalan müddəalar üzrə iş aparılacaq. Təbii ki, sammitin 2017-ci ildə keçirilməsi ilə əlaqədar hazırlıq işlərinə aid olan məsələlər gündəlikdə ola bilər".
Nərgiz