27 Yanvar 2017 19:39
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbək tarixçi-publisist Şuxrat Salamovun (Barlas) hüquqlarının müdafiəsi bağlı komissiya yaradılıb. Teleqraf.com xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Mərkəzinin rəhbəri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Mobil Məmmədovun təşəbbüsü ilə yaradılan komissiya çərçivəsində vəkillər qrupu fəaliyyət göstərir. Vəkillər qrupuna Özbəkistan-Azərbaycan Qadınlar Cəmiyyətinin rəhbəri, tanınmış hüquqşünas Fatimə Piriyeva rəhbərlik edir.

Qeyd edək ki, Şuxrat Salamov müəllifi olduğu “Qarabağ: ideyalar müharibəsi” və “Türkistan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” kitablarına görə təqib olunur. Belə ki, “Qarabağ: ideyalar müharibəsi” kitabında yazıçı erməni daşnaklarının öz himayəçilərinin köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktları göstərir. İkinci kitabda isə ermənilər tərəfindən özbəklərlə qarşı törədilən qətliamdan bəhs olunur.

Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Şuxrat Salamova qarşı kampaniya başlayıb. Falsifikasiyada, millətçilikdə, pantürkizmdə və fırıldaqçılıqda ittiham edilən tarixçi-publisist haqqında əsassız böhtanlar yayılır. O, ekstremist qruplarla əlaqədə günahlandırılır, şərəf və ləyaqəti təhqir olunur. Erməni icmasının nümayəndələri hətta onun evinə hücum edərək şüşələrini sındırıblar. Hətta rəsmi İrəvanın və erməni icmasının təsiri ilə Ş.Salamov barədə millətlərarası nifrətin qızışdırılması maddəsi üzrə cinayət işi qaldırılması məsələsi gündəmdədir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər