30 Yanvar 2017 12:15
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Bakı və Abşeron ərazisində təbii qazın fasilələrlə verilməsi ilə bağlı narazılıqlar öz əksini tapıb. Sakinlər daha çox Xırdalan və Sumqayıt ərazisində qazın fasilələrlə verildiyini bildirirlər.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev Teleqraf.com-a açıqlama verib.

Onun sözlərinə görə, deyilən ərazilərdə təbii qazın verilməsində tez-tez fasilələr yarandığı iddiası doğru deyil: “Qaz təchizatı hər hansı zərurət meydana gəldikdə dayandırılır. Bunun da öz proseduru var. “Azəriqaz” İstehsalat Birliyi KİV-də ictimaiyyətə məlumat verir və təbii qazın dayandırılma səbəbini göstərir. Belə hallar da mütəmadi baş vermir”.

İbrahim Kərbalayev təbii qazın fasilələrlə verilməsini abonentin daha çox elektrik enerjisi sərf etməsi ilə əlaqələndirilməsinə də münasibət bildirib: “Təbii qazın verilməsində yaranmış hər hansı fasiləni işıq pulunun daha çox yazılması ilə əlaqələndirmək düzgün deyil. Bu insanların öz fikirləridir. Belə bir hal “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qəbul olunmazdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər