Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayevə vəzifə verilib.
Teleqraf.com xəbər verir ki, bu haqda sosial şəbəkədə hüquqşünas Ruslan Əhmədov məlumat verib: “Əziz qardaşım Ramin Babayev cənab prezidentin sərəncamına əsasən, Standartlaşdırma və Patent Dövlət Komitəsi sədrinə müavin təyin edilib”.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunması barədə bu gün məlumat yayılıb.
Azərbaycan prezidentinin 2 fevral 2017-ci il tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavinləri təyin edilib.
Rəqsanə