4 Fevral 2017 17:04
1 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gənc Tamaşaçılar Teatrında bir qrup Prezident Təqaüdçüsü və Pezident Mükafatçıları olan, yaşı 65 və 70-dən keçmiş Xalq və Əməkdar artistlərinin yarım ştata keçirilməsi ilə əlaqədar teatrın mətbuat xidməti rəsmi məlumat yayıb.

Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, teatrın bədii şurasının qərarına əsasən Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşının tamaşalarda və repertuarda məşğulluğu müzakirə olunub, onların 2016-cı ildə hazırlanmış 8 adda yeni tamaşalarda az və ya heç iştirak etməmələri aydın olub:

"Hazırda Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin ən fəal və çevik repertuar siyasəti ilə çalışan teatrlarındandır. Teatrın repertuarında əsas məşğulluq gənc və orta nəsl aktyorların üzərinə düşür. Teatr müxtəlif ölkələrdə keçirilən beynəlxalq festivallarda və qastrollarda ölkəmizin teatr sənətini məhz gənc aktyorların qüvvəsi ilə uğurla təmsil edir.

Teatrda həmişə xüsusi hörmət və ehtirama layiq görülmüş hörmətli sənətkarlar bu gün də kollektivdə çalışmaqda davam edir. Ölkə başçısının 17 may 2011-ci il tarixli, 127-İVQD nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yaşı 65-i keçmiş işçilərin fərdi müqaviləyə və yaxud müqavilə müddəti bitdikdən sonra işdən azad olunmaları təmamilə qanuna uyğun bir haldır.

Teatrda gün ərzində 3-4 tamaşa oynayan gənclərin əmək haqqlarına əlavələrin edilməsi hörmətli Xalq Artistlərini niyə narazı salmalıdır?

Nəzərə alaq ki, sözügedən sənətkarlar uzun illik səmərəli fəaliyyətlərinə və çoxillik təcrübələrinə görə ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olub".

Qeyd edək ki, fevral ayının 8-də teatrda Xalq Artistləri Yasin Qarayevin anadan olmasının 70, Ağaxan Salmanlının 75 illiyinə həsr olunmuş “Açarını itirənlər” əsəri əsasında hazırlanmış benefis tamaşanın premyerası keçiriləcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər