6 Fevral 2017 13:47
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar şəhərindəki Şəhidlər Xiyabanında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan əsgərimiz Çingiz Qurbanovun dəfn mərasimi keçirilir.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qusar Rayon İcra Hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

***

Bakıda Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı il dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlu ilə keçirilən vida mərasimi bu gün səhər saatlarında başa çatıb.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF sədri Umud Mirzəyev sosial şəbəkədə Çingiz Qurbanovun cəzanzəsinin dəfn olunması üçün Qusar rayonuna istiqamət götürüldüyü bildirib:

“Şəhid əsgərimiz Çingiz Qurbanovun cənazəsi dəfn olunmaq üçün Qusar rayonuna istiqamət götürüb. Hazırda Qusar rayonundayıq. Dəfn mərasimində iştirak etmək üçün Mətbuat Şurasının sədri Əflatun Amaşov, şuranın bir neçə üzvü iştirak edəcək. Allahdan şəhidimizə rəhmət diləyirik! Qəbri nurla dolsun! Valideynlərinə səbr diləyirik”.

Çingiz Qurbanov Qusar rayondakı Şəhidlər Xiyabanında dəfn ediləcək. Şəhidin yas mərasimi rayon mərkəzində keçiriləcək.

Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər