8 İyul 2014 22:26
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilər güclü cinsin nümayəndələri hesab edilirlər. Amma maraqlıdır ki, onların da qorxduğu məfhumlar mövcuddur. Uzun illər kişilərin davranış və hərəkətlərini müşahidə edən psixoloqlar bu qənaətə gəliblər ki, kişiləri yaxşı tanımaq üçün onları yaxından tanımaq lazımdır.

Beləliklə, kişilər nədən qorxurlar? sualının ilk cavabı belədir: Bağlılıqdan və ya bağlanmaqdan. Məlumdur ki, bağlılıq güclü hissdir. Kişilər təkcə qadınlara deyil, hətta ev heyvanına da bağlılıqdan qorxurlar.

Kişi yeni tanış olduğu qadınla münasibətdə olarkən onda seks qabağı qorxu hissi yaranır. Əlbəttə ki, kişilər seksin özündən qorxmurlar, bunu yaxşı edə bilməməkdən qorxurlar. Təsəvvür edin ki, seksdən sonra kişi “Öncəki partnyorum yataqda daha yaxşı idi” sözlərini eşidir. Bu halda o, çoxlu vitaminlər, cinsi aktivliyi artıran dərmanlar qəbul edir, idmanla məşğul olmağa başlayır. İkinci görüşdən sonra isə kişi razı qalmır. Çünki sekslə məşğul olan zaman qadını razı salmaqdan ötrü o qədər həyəcan keçirir ki, seksdən heç həzz ala bilmir.

Kişilərdə qadını müdafiə edə bilməmək qorxusu var. Kişilər düşünürlər ki, bir və ya bir neçə adam onun xanımına sataşsa, o nə edər? Əgər onu qoruya bilmirəmsə, onda mən necə həyat yoldaşıyam və ya olacağam? Bu cür fikirlər daim kişini narahat edir.

Kişilər həmçinin tənha qalmaqdan qorxurlar. Nə qədər təəccüblü görünsə də, kişilər həm də qadınla birlikdə yaşamaqdan da qorxurlar. Çünki birgə yaşamağın da özünə görə problemləri var.

/tabloid/


Müəllif: