Gənc fəal Bəxtiyar Hacıyev Nəsimi Polis İdarəsinin rəis müavini Mehman Əliyevin hərəkətlərindən Prezidentə şikayət etdi.
Teleqraf.com-un məlumatına görə, B.Hacıyev şikayət ərizəsində rəis müavininin bü günə qədər vətəndaşlarla davranışlarında yol verdiyi nöqsanları sadlayıb: "Bu, o Mehman Əliyevdir ki, keçən il küçədə gedən vətəndaşa arxadan təpik və şillə vurmuşdu, amma onunla bağlı heç bir tədbir görülmədi".
Gənc fəal qeyd edir ki, artıq Azərbaycandan getmək barədə düşünür: "Adamı o qədər sıxırlar ki, Avropa və Amerika bir tərəfə, adam sabah Rusiya səfirliyinə zəng edib pasport almaq istədiyini bildirmək barədə də düşünür".
Ruslan