23 Aprel 2014 14:43
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyi (GİN) və Milli Olimpiya Komitəsi (MOK) birgə bəyanat yayıb. Bəyanata görə, hər iki qurum və Beynəlxalq Ağırlıqqaldırma Federasiyası idmançılarımıza sanskiyalar tətbiq edilməsi ilə bağlı baş verənləri məyusluq hissi ilə qarşılayır.

GİN qeyd edir ki, idmançılarımızın dopinq problemindən uzaq olmaları üçün lazımi tədbirlər görülüb və 2006-cı ildən etibarən nazirliyin nəzdində “Dopinqlə mübarizə” şöbəsi fəailiyyət göstərməyə başlayıb. Hazırda MOK-un nəzdində də xüsusi antidopinq komissiyası yaradılıb.

18 atletimizin dopinq qalmaqalı ilə əlaqdar olaraq AAAF qurumun 8 üzvünün (rəsmilər, məşqçilər və həkim) işdən uzaqlaşdırmaları ilə bağlı qərar qəbul edib. Araşdırma nəticəsində lazım gələrsə, digər məsuliyyətli şəxslər də qurumdan uzaqlaşdırıla bilər.

Sual doğuran digər məsələ isə, idmançılarımızın dopinq testlərinin müsbət çıxmasına baxmayaraq, BAAF tərəfindən onların beynəlxalq yarışlara buraxılmasıdır.

Qeyd edək ki, idman haqqında qanuna 2010-cu ildə edilmiş əlavələrdə də dopinqdən istifadə cəzaları öz əksini tapıb. Bu, 2000 AZN məbləğ və ya 2 ilə qədər azadlıqdan məhrum olmaqdan ibarətdir.

SEVİNC


Müəllif:

Oxşar xəbərlər