“Elnur Hüseynzadə ilə bağlı araşdırma aparılır”.
Teleqraf.com-un məlumatına görə, bunu hərbi prokuror Xanlar Vəliyev deyib.
O bildirib ki, Elnur Hüseynzadə əvvəllər hərbi xidmətdə olub: “Amma düşmənin əlinə düşməzdən əvvəl hərbi xidmətdən tərxis olunması barədə əmr var. Bununla bağlı da əlbəttə, araşdırma aparılır”.
Azərbaycan vətəndaşı Elnur Hüseynzadə bir neçə gün əvvəl Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.