24 Fevral 2017 11:56
344

“Xocalı Soyqırımı Azərbaycan tarixininə ən dəhşətli səhifələrdən biri kimi daxil olub”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Xocalı Soyqırımını araşdırarkən həmin dövrdə Azərbaycanın təkləndiyini qeyd etməliyik: “Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi. Azərbaycan inforamsiya blokadasından çıxdı. Bu gün xalqımıza qarşı törədilmiş soyqırım cinayətlərini, erməni vəhşiliyini, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər həyata keçirilir”.


Hicran Hüseynova qeyd edib ki, münaqişə müddətində 1437 nəfərin əsir və girovluqdan azad edilməsinə nail olunub: “Bunlardan 210 nəfəri uşaqlardır. 1994-cü ildə atəşkəs rejimin elan olunmasına baxmayaraq, ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13 ölüb, 19 yaralanıb”.

Komitə sədri qeyd edib ki, "Xocalıya ədalət!" kampaniyalarda Heydər Əliyev Fondu çox işlər görüb: “Bu tədbirlər çərçivəsində bir sıra ölkələrdə Xocalı Sorqırımı tanınıb. Fondun prezidentini Mehriban Əliyevanın yeni vəzifəyə seçilməsi, ölkənin 1-ci vitse-prezidenti bu istiqamətdə də işləri gücləndirəcək”.

İlhamə ƏBÜLFƏT


Müəllif: