2 Mart 2017 14:49
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəbul qaydalarında abituriyentlərə bir neçə imtahanda iştirak imkanının yaradılması onların xeyrinə olan qərardır, burada məqsəd gəlir götürmək deyil”.

Bu barədə Teleqraf.com-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, I-IV qruplar üzrə qəbul imtahanlarının 2 dəfə keçirilməsində məqsəd abituriyentlərin imtahanla bağlı psixoloji gərginliyini aradan götürmək və qəbul imtahanında biliklərini tam nümayiş etdirmək üçün daha əlverişli şərait yaradılmasıdır: “Birinci imtahanın nəticələrindən razı qalmayan hər bir abituriyent ikinci dəfə öz biliyini sınamağa imkan qazanacaqdır və bu zaman daha yüksək nəticə göstərdiyi imtahanın nəticəsi müsabiqə zamanı əsas götürüləcəkdir”.

DİM-dən qeyd edilib ki, ümumiyyətlə qəbul imtahanlarında iştirak məcburi deyil: “Abituriyentlər bu imtahanlarda öz istəklərinə uyğun iştirak edirlər. DİM (TQDK) bir neçə il idi ki, əvvəlki illərin və cari ilin məzunları üçün müxtəlif vaxtlarda (may, iyul) imtahanlar keçirirdi. Abituriyentlər tərəfindən bu imtahanları hər ikisində iştirak imkanın yaradılması üçün çoxsaylı müraciətlər olunurdu.

Bundan başqa, hər hansı gözlənilməz səbəbdən imtahanda iştirak edə bilməyən abituriyentlər üçün əlavə imtahan keçirilmirdi və onlar bu şansı yalnız 1 ildən sonra əldə edirdilər. Qəbul qaydalarında abituriyentlərə bir neçə imtahanda iştirak üçün imkanın yaradılması onların xeyrinə olan qərardır və burada məqsəd gəlir götürmək deyil”.

Qeyd edək ki, təhsil ekpertləri açıqlamalarında bildirmişdilər ki, DİM şagirdlərin bir neçə dəfə imtahanda iştirak etməsinə şans verməklə, DİM-in büdcəsini artırmaq istəyirlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər