14 Mart 2017 11:45
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Bakıdakı orta məktəblərə şagirdlərin 1-ci sinfə qəbulla bağlı yeniliklər edilib.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva 2017-2018-ci tədris ili üzrə Bakının ümumtəhsil müəssisələrinə 1-ci sinfə şagird qəbulu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Sektor müdiri qeyd edib ki, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinə 1-ci sinfə qəbul zamanı valideynlər elektron ərizələrində arzu etdikləri müəllimləri seçə biləcəklər: "Sistem ilk müraciət edən 25 uşağı qəbul edəcək. Normativ yerinə yetdikdən sonra valideynlər digər müəllimləri də seçə bilərlər.

Bununla yanaşı, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə bəzi valideynlər uşaqlarını müsabiqədənkənar qoya biləcəklər. Əgər valideyn elektron ərizəsində həmin məktəbin adını qeyd edibsə və rəsmi qeydiyyatla məktəb üzrə müəyyən olunmuş mikroərazidə yaşayırsa, o zaman uşaq bu məktəblərə müsabiqədənkənar qəbul oluna biləcək.

Digər uşaqlar isə qəbul olunmuş qaydalara uyğun olaraq, müsahibədə iştirak edəcəklər. Məktəb direktoru uşağın bu ərazidə yaşayıb-yaşamamasını yoxlamaq hüququndan məhrumdur. Bu, sistem tərəfindən yoxlanacaq".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər