Bu gün Xırdalan şəhərində dəm qazından boğulan beş qadının cəsədi morqa gətirilib.
Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən məlumat verilib.
Bildirilib ki, onların ölüm səbəbini dəqiqləşdirmək üçün cəsədlərdən nümunələr götürülüb. Həmin nümunələr ekspertizaya təqdim edilib. Ekpertizanın rəyindən sonra onların ölüm səbəbi dəqiq bilinəcək.
Rəqsanə