ABŞ-ın dövlət katibi Reks Tillerson Novruz münasibətilə bu bayramı qeyd edən xalqlara təbrik ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, Azərtac ABŞ-ın Dövlət departamentinin saytına istinadla xəbər verir ki, dövlət katibi baharın gəlişi və yeni ilin rəmzi kimi bu qədim ənənəni qeyd edən bütün insanlara xoş və firavan Novruz arzu edib:
"Bütün dünyada milyonlarla insan, o cümlədən Əfqanıstanda, Azərbaycanda, Çində, Gürcüstanda, Hindistanda, İranda, İraqda, Qazaxıstanda, Qırğızıstanda, Pakistanda, Rusiyada, Suriyada, Tacikistanda, Türkiyədə, Türkmənistanda, Özbəkistanda yaşayan icmalar, Cənubi və Mərkəzi Asiya və Fars körfəzində çox sayda insanlar bu bayramı öz ailələri və dostları ilə birgə qeyd edirlər. Bu gün bir çox amerikalı bu bayrama qoşulur, ata-babalarından qalan ənənələri yeni nəsilə ötürür.
Novruz yeni ilə ümid və nikbinliklə baxmaq zamanıdır. Biz səbirsizliklə bu yeni baharı birlikdə qeyd etməyi gözləyir və ümid edirik ki, bu Novruz hamıya sülh və firavanlıq gətirəcək".