Videodan görünür ki, Rza Pəhləvi dilimizdə ləhcəsiz danışır
Dünya İran şahı Rza Pəhləvi 1934-cü ildə Ankaraya səfəri zamanı Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürklə Azərbaycan türkcəsində danışıb.
Videodan görünür ki, atası mazandaranlı Abbas Əli xan və anası azərbaycanlı Nuş Afərin Ayrumlu olan Rza Pəhləvi Azərbaycan türkcəsində ləhcəsiz danışır.
Söhbətdən aydın olur ki, 1921-ci ilə qədər İran kazak briqadasının zabiti olmuş Rza Pəhləvi həmin illərdən Mustafa Kamal Atatürklə tanış olub. “Mən nəhayət çox xoşbəxtəm” deyən Rza Pəhləvi daha sonra bildirir: “Şayət biləsiniz ki, neçə il qabaq sizin nümayəndəyə ərz elədim ki, gələcəm Türkiyəyə”. /ans press/