6 Aprel 2017 11:44
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

San Dieqo Universitetinin Prezidenti, dekanları və professor-müəllim heyəti Bakıya gəlir.

Global Karyera İnstitutunun direktoru Orxan Həsənoğlunun Teleqraf.com-a verdiyi məlumata görə, səfərin məqsədi Bakıda SİTEM akademiyasının açılışını gerçəkləşdirməkdir.

Orxan Həsənoğlu bildirib ki, uzun illər rəhbəri olduğu Global Karyera İnstitutu San Dieqo Universiteti ilə əməkdaşlıq edir və bu əməkdaşlıq gələcəkdə təhsil sahəsində böyük layihələrin həyata keçirilməsinə hesablanıb.

İlk olaraq Global Karyera İnstitutunun və San Diego Dövlət Universitetinin birgə təşkilatçılığı Bakıda, Azərbaycan Dillər Universitetində SİTEM Akademiyasının açılışını edəcəklər.

Aprelin 8-də saat 09:00-da planlaşdırılan tədbirdə San Diego Dövlət Universitetinin Prezidenti, dekanları və professor-müəllim heyəti də qatılacaq.

Tədbirə KİV nümayəndələri də dəvətlidir.


Müəllif:

Oxşar xəbərlər