15 Aprel 2017 17:54
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakının “Sovetski” adlanan hissəsində “Hacı Cavad” məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.

Teleqraf.com-un məlumatın agörə, şeyxülislam baş verənlərlə bağlı artıq hər kəsin məlumatlı olduğunu qeyd edib: “Biz dövlətimizi, onun qəbul etdiyi qərarı dəstəkləyirik.

Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev məscidin sökülməsinin dayandırılması və vəziyyətin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılmasına dair tapşırıq verib. Dindarlarımız dövlətimizin başçısının bu qərarını minnətdarlıqla qarşıladılar.

Təəssüflər olsun ki, bu gün bəzi qüvvələr dindən istifadə edərək dövlətçiliyimizə zərər vurmaq istəyirlər. Həmin üzdəniraq qüvvələr İslam dininin adına da xələl gətirirlər. Əsl dindarlarımız Prezident İlham Əliyev tərəfindən atılan addımları dəstəkləyir və onun siyasətini bəyənirlər. Onlar bu cür şəxslərin öz sıralarına daxil olmasına imkan verməməlidirlər”.


Müəllif:

Oxşar xəbərlər