29 İyun 2017 23:41
3 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəvi şəkildə ölümü ilə bağlı xəbər vermişdik.

Onun tələbə yoldaşı Gülşad Quliyeva sevimli rəfiqəsi barədə ürək sözlərini teleqraf.com-la bölüşüb:

“Dünən maşın qəzasında dünyasını dəyişən Reyhan Məmmədova həm də çox istedadlı rəssam idi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Nəzdində İncəsənət Kollecinin Rəngkarlıq fakültəsinin keçən ilki məzunu idi. Reyhanla 2012- ci ildə Adil İsgəndərov adına mədəniyyət evində tanış olmuşdum. 2013 -ci ildə eyni kollecin ayrı- ayrı fakültələrinə qəbul olduq. Və bu günə kimi də yaxın bir insan kimi bir- birimizdən xəbər alırdıq. Onun ölüm xəbərini eşidəndə çox sarsıldım. Hələ də özümə gələ bilməmişəm..”

Reyhanın kiçik yaşlarından rəssamlıqla məşğul olduğunu bildirən Gülşad rəfiqəsinin yarımçıq qalmış arzularından danışıb:

“Davamlı olaraq, idman yarışlarında iştirak edən Reyhan həmişə uğurlu nəticələr göstərirdi. O, Azərbaycanın bayrağını hələ çox yüksəkliklərə qaldıracaqdı. Ali təhsilini Avropa ölkələrinin birində təkmilləşdirmək arzusundaydı və bunun üçün inamla çalışır, əlindən gələni edirdi. O, bu arzuları üzüstə buraxıb getdi...”


Müəllif: Könül Əlibəyli