Bu sözləri Teleqraf.com-a açıqlamasında 83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputat seçilən Aqil Abbas Ermənistan Silahlı Qüvvələrinin dünən saat 20 radələrində Füzuli rayonunun Alxanlı kəndinə hücumu barədə danışarkən söyləyib.
Aqil Abbas beynəlxalq ictimaiyyətə bel bağlamadığını bildirib: “Beynəlxalq təşkilatlar adında bir şey yoxdur, hamısı Amerika, Hindistan nağıllarıdır. Monitorinq qrupu Füzulidən dünən gedib. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini gəzdilər ki, atəş olmasın. Burada gəlib sülənən monitorinq qrupunun rəhbərləri axı ötən gün qayıdıblar. Amma ermənilər kəndə, evin içinə atəş açıblar. Hansı ATƏT-dən söhbət gedir? Mən beynəlxalq aləm adında bir şey görməmişəm. Minsk qrupu başımızın altına yastıq qoymaqdan başqa bir iş görmür. BMT-nin 4 qətnaməsi hələ də icra olunmur. Onlardan nə gözləyəsiyik?”