Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanın danışıqlarda iştirakı imitasiya xarakteri daşımır.
“Mövqeyimiz qəti xarakter daşıyır. Biz bu substantiv xarakterli danışıqlarda iştirak edirik”, – deyə H.Hacıyev vurğulayıb.
H.Hacıyev onu da əlavə edib ki, xarici işlər naziri Elmar Məmmədyarov məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun fransalı və rusiyalı həmsədrləri ilə danışıb, amerikalı həmsədrlə isə texniki məsələ səbəbindən danışa bilməyib.