7 İyul 2017 18:24
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç-Azərbaycan Federasiyası iyulun 4-də törədilən erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlara etiraz məktubu ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, etiraz məktubunda bildirilib ki, erməni təxribatı nəticəsində mülki şəxslərin həlak olması faktı beynəlxalq qurumlar tərəfindən qəti şəkildə pislənilməlidir.

Etiraz məktubu BMT-yə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına, İsveç hökumətinə, İsveç Xarici İşlər Nazirliyinə, İsveçin Avropa İttifaqındakı parlament nümayəndəliyinə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər