Teleqraf.com-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər və şam ediblər.
Mətbuata qapalı keçirilən görüş 1 saat 45 dəqiqə davam edib.
Görüşdən sonra Türkiyə prezidenti tvitter hesabında İlham Əliyevlə olan fotosunu paylaşıb. Ərdoğan eyni zamanda qeyd edib ki, İlham Əliyevlə İstanbulda ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edib. "Qardaşlığımız güclənərək davam edəcək", deyə Ərdoğan tvitterdə yazıb.