23 Avqust 2017 19:28
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” futbol komandasının oyunçularına xüsusi dizaynla hazırlanmış “Qarabağ” qalstukları hədiyyə olunub.

Teleqraf.com xəbər verir ki, qalstukları istehsalçı şirkətin direktoru olan Yavər Məmmədov şəxsən oyunçulara təqdim edib.

Qeyd edək ki, bu qalstuklar Yavər Məmmədovun şəxsi ideya müəllifliyi və təşəbbüsü ilə istehsal olunan “Qarabağ atı” kolleksiyasına aiddir.

Qarabağ atlarına həsr olunan qalstuk yüksək keyfiyyətli ipəkdən hazırlanmış əl işidir. Qalstukun əsas rəngi mavidir. Qalstukun üzərindəki nallar isə əsasən iki rəngdədir: qəhvəyi və tünd göy. Qarabağ qalstukları üçün süni at dərisindən qutular hazırlanıb, qutunun üzərindəki elementlər isə atların damğalanmasını xatırladan isti basqı ilə yaradılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər