Dünən söz vermişdim ki, “Qarabağ”ımız qalib gələrsə, səhifəmdə ilk qarşıma çıxan insanların fotosunu paylaşacağam. Mən yazıq hardan bilim ki, qarşıma hörmətli Hacıbala müəllim və Cavidan Novruz çıxacaq?!
Teleqraf.com-un xəbərinə görə, bu sözləri sosial şəbəkədə rejissor Kənan Mahmudov yazıb.
Rejissor Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun və aktyor Cavidan Novruzun fotosunu paylaşaraq “Qarabağ”ı təbrik edib:
“Bu qələbəyə görə hər şeyə razıyıq. Təbriklər Qarabağ!”