23 İyul 2014 16:12
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şanlıurfa vilayətinin Suriya ilə sərhəd ərazisində Türkiyə ordusu və PKK terror təşkilatının Suriya qanadı (PYD) arasında silahlı toqquşmalar başlayıb.

Məlumata görə, hazırda Türkiyə Silahlı Qüvvələri vilayətdə mövqelərini möhkəmləndirirlər.

Həmçinin xəbər verilir ki, son həftələr ərzində PYD dəfələrlə Türkiyənin mövqelərini atəşə tutub.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bəyan etmişdi ki, PKK terror təşkilatının Suriya qanadının aktivləşməsi ölkə üçün təhlükədir.

/trend/


Müəllif: