Bu gün “Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyevin barəsində seçilmiş 3 ay müddətinə həbs qətimkan tədbiri ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsi Mehman Əliyevin şikayətini təmin etməyib.
Qeyd edək ki, Yasamal rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyevin barəsində 3 ay müddətinə qətimkan tədbiri seçilib.
Mehman Əliyev Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) və 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham edilir.