Myanmanın Arakan bölgəsində müsəlmanları buddistlər və hərbçilər tərəfindən qətlə yetirildiyini peyk görüntüləri də təsdiqləyir.
Teleqraf.com xəbər verir ki, görüntülərdə 25-28 avqust aralarında Arakanda 10 böyük yanğın hadisəsinin olduğu qeydə alınıb.
İnsan Haqlarını Monitorinq Mərkəzi Myanma hakimiyyətindən vəziyyəti araşdırmaq üçün hüquq müdafiəçilərinin bölgəyə səfərinə izn verilməsini tələb edib.
İnsan Haqlarını Monitorinq Mərkəzinin hesabatında bildirilir ki, yanğınlar kütləvi qətllərin törədildiyi Razedaung və Maungdau qəsəbələrində müşahidə edilib.
İnsan Haqlarını Monitorinq Mərkəzinin daha öncə yaydığı hesabatda 2016-cı ildə Myanmada 87 mindən çox müsəlmanın Banqladeşə pənah gətirdikləri qeyd olunur.