6 Sentyabr 2017 14:36
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın “Agile Spirit 2017” (“Zirək ruh 2017”) çoxmillətli hərbi təlimlərində iştirakdan imtina barədə bəyanatları Gürcüstan Müdafiə Nazirliyində təəccüblə qəbul olundu. Əminliklə və birmənalı şəkildə təsdiq edə bilərəm ki, Ermənistan nəinki təlimlərə dəvət edildi, eyni zamanda Orfoloya silahlı qüvvələrinin bir bölməsini göndərməyə razılıq verdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr və strateji kommunikasiyalar departamentinin rəhbəri Nino Tolordava “Vestnik Kavkaz”a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi təlimlərin planlaşdırılması üzrə ilkin konfransda təlimlərdə iştirakı təsdiq edib:

“Təsdiq bəyanatı səslənəndə təlimlərdəki iştirakçı dövlətlərin müdafiə idarələri və silahlı qüvvələrinin nümayəndləri iclasda olub”.

Nino Tolordava onu da əlavə edib ki, Ermənistan nümayəndəsi Gürcüstana yola düşəcək erməni hərbi qulluqçularının dəqiq sayını da açıqlayıb.

Təlimlərdə iştirakdan imtinaya gəlincə, Nino Tolordava bildirib ki, Ermənistan müdafiə nazirinin müavinini mediaya bəyanatları istisna olmaqla Tiflis İrəvandan rəsmi izahat almayıb.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır. “Agile Spirit 2017” təlimləri Gürcüstanda 2011-ci ildən etibarən keçirilir.

Ermənistanın Müdafiə nazirinin müavini Artak Zakaryan Gürcüstan rəsmi şəxslərini və jurnalistləri yalan informasiya yaymaqda ittiham edərək təlimlərdə iştirak edəcəkləri barədə razılıq vermədiklərini deyib.

Ötən gün isə təlimlərin rəsmi loqosundan Ermənistanın bayrağı götürülüb və əvəzində Azərbaycan bayrağı əks olunub. Bu hal sadə erməniləri qıcıqlandırıb.


Müəllif: Nərgiz