8 Sentyabr 2017 13:16
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi Zadənin harada dəfn ediləcəyi ilə bağlı səhər-səhər hələ iş başlamamış, hələ mən qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verilən tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa, üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!

Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Feysbuk səhifəsində mərhum Lütfi Zadə ilə bağlı işlətdiyi kobud ifadəyə aydınlıq gətirərkən deyib.

O, alimin dəfni ilə əlaqədar təfərrüatlara malik olmadığını və ona müraciət edən “Qafqazinfo” saytının əməkdaşına da bunu bildirdiyini qeyd edib.

Qeyd edək ki, Akif Əlinin Lütfi Zadə barəsində “O fındıqbaş kişi məni maraqlandırmır” ifadəsi etiraza səbəb olub.


Müəllif: Kəmalə

Oxşar xəbərlər