24 İyul 2014 14:16
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtalyan “Corriere della Sera” qəzeti Ukraynada vurulan Malayziya təyyarəsi ilə bağlı sensasiyalı məlumat dərc edib.


Məlumata görə, Rusiya tərəfdarı olan separatçılardan biri təyyarəni özlərinin vurduqlarını etiraf edib:

“Komandirimiz bizə Ukraynanın silahlı qüvvələrinə aid təyyarəni vurduğumuzu dedi. Biz paraşütlə tullanan ukraynalı pilotları gözləyərkən onların əvəzində ölü halda yerə çatan mülki şəxsləri gördük. O yazıq insanların əsgər olmadığı açıq-aydın ortada idi. Əsgər cəsədi axtararkən azyaşlı qızın cəsədini gördüm. Artıq hər şey aydın idi”.

Bu açıqlamadan sonra Malayziya Hava Yollarına aid olan təyyarənin Rusiya hərbçiləri tərəfindən vurulması iddiası bir az da güclənib.

/axar.az/


Müəllif: